"Ziyəddinoğlu" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 232.433,66 AZN vergi borcu var.
Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Dadaşov Eldəniz Dadaş oğludur. Şirkət Bakıda bir sıra pilot layihələrin icrasında iştirak edib və hazırda passiv vergi ödəyiciləri siyahısındadır.
"Ziyəddinoğlu"nun ilk qanuni təmsilçisi Bakı sakini, 1959-cu il təvəllüdlü Quliyev Hüseynbala Ziyəddin oğlu olub. O, Binəqədi rayonu ərazisində yerləşən "Lalə-H” Mənzil Tikinti Kooperativinin rəhbəri vəzifəsində də çalışır.
Aydın
Şərhlər