Xəbər lenti

Qalmaqallı məmurun vəzifəsi bəlli oldu
Ölkə 22:46 19.01.2026

Qalmaqallı məmurun vəzifəsi bəlli oldu

Xəbər verdiyimiz kimi, Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra Hakimiyyəti nümayəndəsinin davranışı sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, kobud davranışı ilə tənqidlərə tuş gələn həmin şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi kimi çalışan Samir Bədəlovdur.

Meyvə-tərəvəz satışı ilə məşğul olan sahibkara qarşı qeyri-qanuni davranaraq məhsulu müsadirə edən şəxs daha öncə Sumqayıtda ərazi nümayəndəsinin vəzifələrini icra edib.
--> -->