Xəbər lenti

Piramidaların tarixini yenidən yazacaq kəşf - Sirli skeletlər
Dünya 18:12 24.03.2025

Piramidaların tarixini yenidən yazacaq kəşf - Sirli skeletlər

Misir piramidalarının sirləri tükənmək bilmir. Arxeoloqlar indi də piramidaların içərisində gözlənilməz və qeyri-adi skeletlər aşkar ediblər. Bəs bu iskeletlər kimlərə məxsusdur?

Qaynarinfo xəbər verir ki, son tapıntılar piramidalara yalnız fironlar və yüksək təbəqədən olan soyluların deyil, eyni zamanda xidmətçilərin və işçilərin də dəfn edildiyini göstərir. Bu kəşf Misir cəmiyyətinin sosial strukturu ilə bağlı uzun müddətdir qəbul edilən nəzəriyyələri yenidən düşünməyə vadar edir.

Qulluqçular və işçilər də piramidalara dəfn edilib

Arxeoloqlar Sudan və Misir sərhədində, Nil çayı sahilində yerləşən Tombos bölgəsində apardıqları qazıntılar zamanı fiziki cəhətdən ağır işlərdə çalışmış insanlara aid skeletlər aşkar ediblər. Bu qalıqlar piramidalara yalnız fironlar və zadəganların deyil, eyni zamanda onların qulluqçularının və fəhlələrinin də basdırıldığını sübut edir.

Araşdırmalara görə, qədim Misirdə soylular öldükdə onlara o biri dünyada xidmət etmələri üçün işçilərini və xidmətçilərini də qurban verərək özləri ilə aparıblar. Bu isə həmin insanların ölümlərinə səbəb olan bir ənənənin mövcud olduğunu göstərir.

Piramidaların tarixi dəyişə bilər

Alimlər hesab edirlər ki, bu tapıntılar Misir piramidaların tarixini köklü şəkildə dəyişdirə bilər. Uzun illərdir qəbul edilən "piramidalar yalnız fironların və yüksək rütbəli şəxslərin məzarlarıdır" fikri bu kəşflə birlikdə sarsıla bilər.

Tədqiqatlar göstərir ki, eramızdan əvvəl 1500-cü illərdə Tombos misirlilər tərəfindən işğal edildikdən sonra mühüm inzibati və ticarət mərkəzinə çevrilmişdi. Burada əsasən məmurlar, sənətkarlar, katiblər və digər peşə sahibləri yaşayıb.

Keşfin ən maraqlı tərəfi isə iki fərqli insan qrupunun qalıqlarının tapılmasıdır.

1. Çox az fiziki fəaliyyət göstərmiş insanlar - Bunlar daha çox katiblər, rəsmi şəxslər və peşəkarlar ola bilər.
2. Ağır işlərdə çalışmış insanlar - Sümüklərində və oynaqlarında fiziki işdən qaynaqlanan deformasiyalar müşahidə olunan işçilər və qulluqçular.

Bu isə o deməkdir ki, fironlar yalnız xidmətçilərini deyil, eyni zamanda inzibati işçilərini və katiblərini də biri dünyada onlara xidmət etmələri üçün özləri ilə aparmaq istəyiblər.

Tarixdən bir dərs: "Kasıbın üzünə gülən olmayıb?"

Bu tapıntılar qədim Misirdəki sosial bərabərsizliyi daha açıq şəkildə ortaya qoyur. Fironlar onlara ömür boyu xidmət edən insanlara hətta ölüm zamanı da azadlıq verməyib.

Xidmətçilər və işçilər, yalnız yaşadıqları müddətdə deyil, öldükdən sonra da fironlara tabe olmaq məcburiyyətində qalıb. Bu isə günümüzdə belə aktual olan sosial ədalətsizlik mövzusuna yeni bir baxış bucağı təqdim edir.

Bu kəşf Misir tarixinin piramidalar və fironlar haqqında indiyə qədər bilinən versiyasını dəyişdirməyə namizəddir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->