Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsinin Hindistana hücum etmək planının olmadığını bildirib.
Qaynarinfo-nun məlumatına görə, bununla belə, nazir bildirib ki, Hindistan Pakistana qarşı hər hansı tədbir görsə, İslamabad buna cavab verəcək.
"Biz vəziyyəti gərginləşdirmək və ya hər hansı bir hücuma başlamaq istəmirik. Əgər Hindistan Pakistanı işğal etməyə və ya Pakistana hücum etməyə cəhd etsə, ona daha peşəkar cavab veriləcək", deyə Asif "RİA Novosti"yə müsahibəsində bildirib.
Nüvə ölkələri arasında münasibətlərin kəskinləşməsi Hindistanın Cammu və Kəşmir əyalətində baş verən terror aktından sonra başlayıb. Hindistan Pakistanı 26 nəfərin qətlində əli olmaqda ittiham edib. İki tərəf diplomatik əlaqələrin səviyyəsini aşağı salmağa başlayıb, Hindistan bütün pakistanlılar üçün vizaları ləğv edib və Pakistan onunla bütün ticarəti dayandırıb. Tərəflər həmçinin digər sərt qarşılıqlı tədbirlərə, o cümlədən əsas ikitərəfli sazişlərin dayandırılmasına əl atıblar.
Aydın
Şərhlər