Çin Xalq Respublikasından olan şirkətlər ABŞ-a idxal zamanı yüksək gömrük rüsumlarından yayınmaq üçün istehsal sahələrini Amerika ərazisinə köçürməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, b barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.
Materialda Çin şirkətlərinin ABŞ-da istehsalının lokallaşdırılmasında kömək edən konsaltinq şirkətinin rəhbəri Çju Ninqin şərhinə də yer verilib. Ekspertin sözlərinə görə, son 4 ayda onun şirkətinə biznesin köçürülməsi ilə bağlı ən azı 100 müraciət daxil olub. 2024-cü ildə bütün dövr ərzində - yanvardan dekabra qədər təxminən eyni sayda müraciət daxil olub.
Çin Xalq Respublikasından olan iş adamları qeyd edir ki, onlar Amerika bazarını itirmək istəmirlər.
Şərqi Çində hədiyyə biznesinin sahibi Rayan Çjou şirkətinin sifarişlərinin 95%-nin ABŞ-dan gəldiyini bildirib. Öz növbəsində elektron komponentlərin istehsalı üzrə şirkətin rəhbəri Leo Li etiraf edib ki, istehsalı Amerikaya köçürülsə, şirkətin xərcləri xeyli artacaq. Ancaq yenə də 145% gömrük rüsumunu ödəməkdən daha sərfəli olacaq.
"Chem1" konsaltinq firmasının təsisçisi də vəziyyəti şərh edib. O, ABŞ-da zavodların tikintisinin Çin neft-kimya müəssisələri üçün xüsusilə məntiqli addım olduğunu vurğulayıb. Səbəb odur ki, hətta nisbətən aşağı olan 10% rüsum belə biznesə böyük təsir göstərə bilər.
Aydın
Şərhlər