Xəbər lenti

Ağ Ev məmurları Trampa sədaqətlərinə görə qiymətləndirəcək
Dünya 15:24 27.04.2025

Ağ Ev məmurları Trampa sədaqətlərinə görə qiymətləndirəcək

Ağ Rv administrasiyası dövlət qulluqçularını "prezidentin qanun və siyasətlərini vicdanla həyata keçirmələrinə" əsaslanaraq qiymətləndirmək niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ-ın Kadr Xidməti İdarəsinin xidmət sənədlərinə istinadən xəbər verir. 

Qeyd olunan idarə federal hökumətin kadr siyasətini müəyyən edir.

Qəzet yazır ki, sədaqətin qiymətləndirilməsi insanları işdən çıxarma və ya işə qəbul etmə məsələsində əsas meyarlardan biri olmalıdır. Planlaşdırılır ki, qurumlar yeni sistemə yeni maliyyə ilinin başlanğıcında - 1 oktyabrdan keçsinlər. 

Bundan əlavə, "The Wall Street Journal"ın məlumatına görə, Kadr Xidməti İdarəsi federal agentliklər tərəfindən yaradılmaq istənilən bütün yeni vəzifələri təsdiqləməyə artıq başlayıb. Əvvəllər agentliklər belə qərarları müstəqil şəkildə verə bilirdilər.

Qəzetin yazdığına görə, Kadr Xidməti İdarəsinə ABŞ Hökumət Effektivliyi Departamentinin funksiyaları ötürülüb. Bu departament milyarder İlon Maskın rəhbərliyi altındadır. Əvvəllər məlum olmuşdu ki, Mask departamentdəki işinə ayırdığı vaxtı əhəmiyyətli dərəcədə azaltmaq və diqqətini "Tesla" şirkətinə yönəltmək niyyətindədir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->