Nyu Orleanda maşını izdihamın üzərinə sürən şəxslə “Tesla”nı partladan şəxsi nə birləşdirir?
Xəbərdə verilənə görə, Tesla avtomobilini partladaraq Donald Trampın otelinin yaxınlığında törətmiş olan keçmiş hərbçi Matteu Livelsberger və Nyu Orleanda avtomobilini insanların üzərinə sürərək hadisə törətmiş Şamşud-Din Cabbar eyni hərbi bazada xidmət edibmişlər.
Qaynarinfo bu barədə Theguardian.com-a istinadla xəbər verir.
Məlumata görə, onların hər ikisi ABŞ-ın Şimali Karolina ştatında yerləşən Fort Liberti bazasında xidmətdə olub, lakin bir-biriləri ilə tanış olmayıblar. Həmçinin, 2009-cu ildə hər ikisi Əfqanıstanda xidmət edib, amma bu iki şəxs arasında əlaqə barədə sübutlar yoxdur.
Hər iki şəxs Turo adlı onlayn platforma üzərindən pikap kirayələyib və şübhəli barədə əlavə olaraq məlum olub ki, Livelsberger depressiya və post-travmatik stress pozuqluğu (PTSD) ilə mübarizə aparır, bu məsələlərin kökü isə Əfqanıstanda iştirak etdiyi missiyalara gedib çıxır.
O, həmçinin, bir neçə dəfə baş zədələri alıb. FtB-nin təhqiqatına əsasən, Livelsbergerin Donald Trampa qarşı nifrəti olmayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər