İtaliya baş naziri Corciya Meloni ABŞ səfəri zamanı İlon Maskın SpaceX şirkəti ilə Romanın mümkün "Starlink” xidmətinin təchizatı barədə aparılan danışıqları müzakirə etmədiyini bildirib.
Qaynarinfo xəbər verir ki, Baş nazirin ofisi tərəfindən verilən açıqlamaya görə, Meloni ilə seçilmiş ABŞ prezidenti Donald Trampın görüşü zamanı SpaceX mövzusunun müzakirə edildiyi xəbəri "sadəcə gülməli" hesab
edilir.
"SpaceX ilə müzakirələr dövlət qurumlarının şirkətlərlə, bu halda şifrələnmiş məlumat ötürmə ehtiyacları üçün təhlükəsiz rabitə ilə məşğul olanlarla apardıqları müntəzəm müzakirələrin bir hissəsidir”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Corciya Meloni 2024-cü il ABŞ prezident seçkilərindən sonra Trampın Mar-a-Laqo məkanında baş tutan görüşünə qatılan yeganə xarici liderlərdən biri olub.
İtaliya baş nazirinin gözlənilməz səfəri, ABŞ prezidenti Co Baydenin 9-12 yanvar tarixlərində İtaliya və Vatikan səfərindən bir neçə gün öncəyə təsadüf edib.
Bloomberg-in məlumatına görə, Tramp və Meloni nahar zamanı müxtəlif məsələlər, o cümlədən ABŞ prezidentinin müxtəlif ticarət tərəfdaşlarına qarşı təhdid etdiyi tariflər və İranda italiyalı jurnalist Sessiliya Salinin həbsini müzakirə ediblər.
Alpər
Şərhlər