Estetik cərrahiyyə sahəsində son dövrlərdə ABŞ-da məşhur simalara bənzəmək istəyənlərin sayı artır. İnsanlar estetik prosedurlar üçün müraciət etdikdə ən çox Bella Hadidin "pişik gözləri", Teylor Sviftin böyük gözləri və Kayli Cennerin dodaqlarına bənzər görünüş istədiklərini bildirirlər.
Qayanrinfo xəbər verir ki, amerikalı estetik cərrahlar Dr. Smita Ramanadham və Dr. Hari Linkov "Daily Mail" qəzetinə açıqlamalarında insanların gözləntilərindən bəhs ediblər.
Dr. Ramanadham xüsusilə Sabrina Karpenter və Teylor Sviftin dodaqlarının populyar olduğunu vurğulayıb. O, həmçinin Kayli Cenne-in daha təbii hala gətirilmiş dodaqlarının da son dövrlərdə tələb olunduğunu qeyd edib:
"Bu günlərdə insanlar dolğulardan uzaqlaşıb daha təbii görünüşə üstünlük verirlər. Dolğuların yaratdığı süni təsiri aradan qaldırmaq istəyirlər"
Populyar seçimlər: Ariana Qrande və Bella Hadid
Ariana Qrandenin burnu: Dr. Ramanadhama görə, Ariana Qrandenin burnu ən çox tələb olunan burun formasıdır.
Teylor Sviftin iri gözləri: Böyük gözlərə sahib olmaq istəyənlər göz qapağı əməliyyatını seçirlər.
Bella Hadidin "pişik gözləri": Modelin gözlərinin forması estetik əməliyyatlar üçün ən çox müraciət edilən prosedurlardan biridir. Ancaq cərrahlar bu prosedurun uzunmüddətli təsirləri barədə xəbərdarlıq edirlər.
Dr. Ramanadham qeyd edir:
"İnsanlara Bella Hadidin "pişik gözü" formasından uzaq durmağı tövsiyə edirəm, çünki bu əməliyyat yaşlandıqca dəri sallanması kimi problemlər yarada bilər".
Cərrahların xəbərdarlığı
Ekspertlər xüsusilə göz qapağı qaldırma əməliyyatlarının uzunmüddətli nəticələrinə diqqət çəkir. Prosedurun qocalıq dövründə dəri sallanmasına səbəb ola biləcəyi və təbii görünüşü itirə biləcəyi bildirilir.
Trend: Təbii gözəllik
Dolğulara olan marağın azalması və təbii gözəlliyə yönəlmə, estetik cərrahiyyədə yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. İnsanlar artıq daha az süni, daha real görünüş axtarırlar.
Aydın
Şərhlər