Xəbər lenti

ABŞ-da inflyasiya ilə bağlı narahatlıqlar fonunda qızılın qiyməti düşür
Dünya 19:07 06.01.2025

ABŞ-da inflyasiya ilə bağlı narahatlıqlar fonunda qızılın qiyməti düşür

Qızılın qiyməti azalıb, çünki həftəsonu ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəsmilərinin açıqlamaları mərkəzi bankın bu il faiz dərəcələrini daha ehtiyatla azaltması gözləntilərini artırıb.  

Qaynarinfo "Bloomberg”ə istinadla xəbər verir ki, qızılın bir unsiyasının qiyməti hazırda 2 640 dollar civarında ticarət olunur. San-Fransisko FES-in prezidenti Meri Deili və FES rəhbəri Adriana Kugler inflyasiya ilə mübarizəni başa çatdırmaq və 2% hədəfinə çatmaq zərurətini vurğulayıblar.
 
Qeyd edək ki, faiz dərəcələrinin aşağı salınması adətən qızıl üçün əlverişli olur, çünki qızıl faiz gəliri gətirmir.  
                         
Ötən ay FES 2025-ci ildə həyata keçirməyi planlaşdırdığı faiz endirimlərinin sayını məhdudlaşdırdı. Bunun səbəbi, sədri Cerom Pauellin siyasətçilərin borclanma xərclərini azaltmağa davam etmə sürəti ilə bağlı daha ehtiyatlı yanaşması olub. Bu ehtiyatlı yanaşma keçən il ABŞ-ın monetar siyasətinin yumşaldılması fonunda 27%-lik rekord artım nümayiş etdirən qiymətli metal üçün əngəl ola bilər.  

Xatırladaq ki, cümə günü qızılın qiyməti zəifləyən dollar və təhlükəsiz aktivlərə tələbin artması fonunda son üç həftədə ən yüksək səviyyəyə çatmışdı. Bazarlar, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təklif etdiyi siyasətlər səbəbindən mümkün iqtisadi dəyişikliklər və faiz dərəcələrinin dəyişməsi perspektivlərinə hazırlaşır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->