Milli Konservatoriyanın prorektoru vəzifəsindən azad edilib
Azərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.
APA-nın əldə etdiyi məlumata görə, Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifəsindən azad edilib.
Milli Konservatoriyadan faktı təsdiqləyiblər.
Eyni zamanda, Nizami Əsədov Milli Konservatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı təsdiqləyib.
Qeyd edək ki, o, bu təyinata qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.
Şərhlər