Xəbər lenti

Novella Cəfəroğlu GAP-a üzv olur? (AÇIQLAMA)
Siyasət 14:59 20.09.2024

Novella Cəfəroğlu GAP-a üzv olur? (AÇIQLAMA)

Gələcək Azərbaycan Partiyası (GAP) Müsavat Partiyasından ayrılan hüquq müdafiəçsi Novella Cəfəroğlunu fəxri üzvü seçib.

Novella Cəfəroğlu Qaynarinfo-ya açıqlamasında bunu partiyanın ona dəstəyi kimi qiymətləndirib:

"Sağ olsunlar, mənə dəstək veriblər. Amma bundan sonra heç bir partiyanın üzvü olmaq fikirində deyiləm". 

Qeyd edək ki, bir neçə gün əvvəl hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasının sıralarından istefa verib. "Müsavat Partiyasına istefa məktubumu göndərdim. Partiya sədri İsa Qəmbər məktubu alıb. Mənə görə Müsavata söz gəlir, bu səbəbdən istefa verdim. Əlbəttə ki, istefamı qəbul edəcəklər. Baxmayaraq ki, 30 ildir, bir yerdə çiyin-çiyinə vuruşmuşuq, çoxlu dostlarım var. Müsavatdan getmişəm, dostluqdan getməmişəm", deyə hüquq müdafiəçisi bildirib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->