Xəbər lenti

İdman 17:53 05.05.2026

"Neftçi" "Karvan"a qalib gəldi, yenidən avrokubok zonasına yüksəldi

Misli Premyer Liqasında XXX tura "Karvan-Yevlax" - "Neftçi" oyunu ilə yekun vurulub.

Qaynarinfo-nun məlumatına görə, Yevlax şəhər stadionunda baş tutan matç Bakı kollektivinin 3:0 hesablı qələbəsi ilə bitib.

Qonaqların heyətində İmad Faraj (31), Emin Mahmudov (50-p.) və Freddi Varqas (57) fərqləniblər.

Bu qələbə sayəsində "Neftçi" yenidən 50 xalla dördüncü pilləyə - avrokubok zonasına yüksəlib. Sonuncu - 12-ci olan "Karvan-Yevlax"ın 14 xalı var.

Xatırladaq ki, daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0) "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni (1:0), "Qarabağ" isə "Turan Tovuz"u (2:1) məğlub edib.
--> -->