"RZ Premium Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalına görə cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.1 maddəsi ilə (Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir) protokol tərtib edilib.
Protokol İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən yazılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Binəqədi rayonu, Biləcəri Ə/V, Məhəllə 5057/68 (Biləcəri qəsəbəsi.), ev 8, mənzil 21-də qeydiyyata alınan şirkət ötən ilin oktyabr ayında 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Bu ilin mart ayında nizamnamə kapitalını 500 manata qaldırıb. Amma "RZ Premium Construction" MMC ilk nizamnamə kapitalı barədə 3 aydan gec Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə ödəniş edib.
"RZ Premium Construction" MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilib.
Məhkəmənin hökmü ilə MMC rəhbəri İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsi ilə təqsirli bilinib və 2000 manat məbləğdə cərimə olunub.
Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Xudaverdiyev Zamin Yusif oğludur.
Aydın
Şərhlər