İnvestisiya dünyasının ən son yeniliklərini
müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi
hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq
investorlar Yelo Invest tətbiqi vasitəsilə PAŞA Bank-ın səhmlərini onlayn
qaydada əldə edə bilərlər.
Yelo Invest vasitəsilə IPO-da iştirakın üstünlükləri:
✔️ Bir səhmin
ilkin yerləşdirmə qiyməti 55 AZN-dir;
✔️ Minimum
alış cəmi 1 səhmdən başlayır, maksimum limit isə tətbiq olunmur;
✔️ Abunə
dövründə (12 mayadək) əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri
hesablanır;
✔️ Banka
gəlmədən, birbaşa mobil tətbiqdə Yelo Invest üzərindən sürətli abunə yazılışı.
Yerləşdirmə Bakı Fond Birjası vasitəsilə həyata keçirilir və investorlar üçün şəffaf
gəlir imkanı yaradır. Vaxt itirmədən Yelo App-ə daxil olaraq bu fürsətdən
yararlana və investisiya portfelini dəyərli aktivlərlə zənginləşdirə bilərsən.
Yelo Invest: https://ylb.az/invest.
Yelo Invest haqqında əlavə suallarınız (məs: investisiya
şirkətləri hansılardır?) var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər