Cənubi Kiprin "Pafos" klubunda çıxış edən qapıçı Cey Qorter karyerasını Azərbaycanda davam etdirə bilər.
Qaynarinfo Niderland mediasına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "Qarabağ"ın maraq dairəsinə düşüb.
Məlumata görə, Cey Qorterin mövsümün sonunda "Pafos"dan ayrılmaq ehtimalı yüksəkdir. Həm Cənubi Kipr klubu, həm də niderlandlı futbolçu bu ayrılığa müsbət yanaşır. Lakin "Qarabağ"la yanaşı, Niderland klubu "Qo Ehed İqlz" da Qorteri heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Cey Qorter "Ayaks"ın yetirməsidir. O, gənclik karyerası ərzində həmçinin Niderlandın "Purmerend", "Amsterdam", "Alkmaar" və "Qo Ehed İqlz" klublarında çıxış edib. Peşəkar karyerasına 2019-cu ildə "Qo Ehed İqlz"da başlayan qolkiper 2021/2025-ci illərdə "Ayaks"ın formasını geyinib. Bir müddət Amsterdam klubunun gənclər komandasında çıxış edib, Şotlandiya "Aberdeen"inə icarəyə verilib və 2025-ci ildə "Pafos"a transfer olunub.
Cey Qorter 2022-ci ildə Niderlandın U-21 millisində iki oyun keçirib.
Aydın
Şərhlər