Xəbər lenti

Tramp: İranın özünə gəlməsi üçün 20 il lazım olacaq
Dünya 15:12 05.05.2026

Tramp: İranın özünə gəlməsi üçün 20 il lazım olacaq

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər ABŞ hərbi əməliyyatları bu gün dayandırsa belə, İrana özünü bərpa etmək üçün təxminən 20 il vaxt lazım olacaq. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə radio aparıcısı Hyu Hiuittə verdiyi müsahibədə danışıb.

"Əgər biz bu gün qüvvələrimizi çıxarsaq, onların ölkəni yenidən qurması üçün 20 il lazım olacaq və İran artıq əvvəlki kimi olmayacaq", deyə Tramp bildirib.

Onun sözlərinə görə, belə bir ssenari baş verərsə, İran bundan sonra Fələstinin HƏMAS qruplaşmasını və Livanın "Hizbullah” təşkilatını əvvəlki kimi maliyyələşdirə bilməyəcək.

Tramp əlavə edib ki, Tehran üçün vəziyyət "çox partlayıcı” xarakter daşıyır, çünki münaqişə fonunda yeraltı neft sistemlərinə zərər dəyərsə, bu, İranın neft sənayesinə ciddi zərbə vura bilər.

Aydın

--> -->