Xəbər lenti

NASA astronavtları nə qədər maaş alır?
Dünya 21:03 19.08.2025

NASA astronavtları nə qədər maaş alır?

Astronavtların qazancı ilə bağlı maraq doğuran suallara cavab gəlib. NASA əməkdaşlarından biri, astronavt maaşlarının çox yüksək olmadığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, astronavt olmaq bir çox insanın xəyal etdiyi karyeradır. Lakin bu peşə üçün həm ciddi elmi, həm də yüksək fiziki hazırlığa sahib olmaq lazımdır. Məsuliyyət və risk səviyyəsi böyük olan bu sahədə yalnız seçilmiş şəxslər çalışa bilir.

Kosmosda işləmək isə sanıldığı qədər romantik deyil. Astronavtlar istədikləri yeməyi yeyə bilmir, rahat yata bilmir, hətta gündəlik gigiyena qaydalarını belə məhdud imkanlarla yerinə yetirirlər. Çəkisizlik mühitində adi duş əvəzinə, az miqdarda su və yaş dəsmallarla təmizlik aparılır.

Bütün bu çətinliklərə baxmayaraq, NASA əməkdaşı və keçmiş astronavt Nikoul Stott verdiyi müsahibədə maaşların yüksək olmadığını vurğulayıb: "Çox deyil. Axı biz dövlət qulluqçusuyuq və bu işi pul üçün etmirik".

Rəqəmlərə gəlincə, ABŞ-da astronavt maaşları xidmət müddəti, təcrübə və göstəricilərə görə dəyişir. Orta hesabla illik təxminən 150 min dollar təşkil edir. Bu məbləğ, texnologiya şirkətində çalışan təcrübəli bir mühəndis və ya orta səviyyəli menecerin maaşına yaxındır.

Bununla belə, ABŞ-da illik orta gəlirin 30-40 min dollar arasında olduğunu nəzərə alsaq, astronavt maaşları ölkə ortalamasının 4-5 qatıdır. Üstəlik, NASA əməkdaşlarına ev yardımı, tibbi sığorta və əlavə bonuslar kimi sosial təminatlar da təqdim olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->