Xəbər lenti

Məşhur müğənni Maykl Ceksona verilən ləqəbi açıqladı:
Sənət 20:02 04.10.2025

Məşhur müğənni Maykl Ceksona verilən ləqəbi açıqladı: "İyli"

Bəzi məişət vərdişləri nəticəsində pop musiqisinin kralı Maykl Ceksona "Smelly" ("İyli") ləqəbi verilib.

Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin məlumatına görə, bu barədə əfsanəvi amerikalı müğənni Layonel Riçi öz "Truly" adlı xatirələr kitabında danışıb.

Onun sözlərinə görə, Cekson ailəsi ilə çox yaxın münasibətdə olub, lakin müəyyən vaxtdan sonra "azad həyata" atılıb:

"Onun gündəlik həyatını eksantrik adlandırmaq olardı. Sanki bir az səpələnmiş professor idi, amma eyni zamanda uşaq kimi sadəlövh idi".

Riçi xatırladıb ki, amerikalı bəstəkar və aranjor Kvinsi Cons tez-tez zarafatla Ceksona "Smelly" deyə müraciət edib:

"Maykl da buna gülürdü, çünki bəzən günlərlə paltarını dəyişmir və ya ütüləmirdi. Hamımızın qəribə vərdişlərimiz var".

Musiqiçinin sözlərinə görə, Ceksonun gigiyena qaydalarına əməl etməməsi onun məşhurluğu ilə əlaqədar olub. O, daim qastrollarda olurdu və gündəlik işlərə vaxt tapmırdı. Bundan başqa, paltarlarını kimyəvi təmizləməyə verə bilmirdi, çünki çox vaxt geyimləri ona geri qaytarılmırdı – insanlar onları xatirə kimi saxlayırdı:

"Maykl mənə gələndə istənilən geyimdə olardı – cins şalvar və köynək. Cinslər ya aşağı düşürdü, ya da çox qısa idi və etiraf edim ki, bir az qəribə qoxu gəlirdi."

Nəşr xatırladır ki, daha əvvəl Ceksonun beş keçmiş ev işçisi onu "Hollivudun ən çirkli və ən qeyri-gigiyenik insanı" kimi təsvir etmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->