Xəbər lenti

Moldovada saxlanılan qaqauz başkan Qutsul Putinə dəstək üçün müraciət etdi
Dünya 19:00 27.03.2025

Moldovada saxlanılan qaqauz başkan Qutsul Putinə dəstək üçün müraciət etdi

Moldovada saxlanılan Qaqauziya muxtar bölgəsinin rəhbəri Yevgeniya Qutsul Rusiyanın prezidenti Vladimir Putinə müraciət edərək yardım istəyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Eurointegration yazıb.

Qutsul, Kişinyov hava limanında ölkədən çıxmağa cəhd edərkən saxlanılıb və vəkilləri vasitəsilə Kremlin başçısına müraciət göndərib.

O, saxlanılmasının əsassız və Qaqauziyanın xüsusi statusunun sistematik şəkildə sarsıdılması kampaniyasının bir hissəsi olduğunu iddia edib.

"Vladimir Vladimiroviç uzun illərdir ki, Rusiya qaqauz xalqının hüquq və maraqlarının müdafiəçisi kimi çıxış edir... Sizdən böyük dövlətin lideri və xalqların tarixi müdafiəçisi kimi Kişinyova təzyiq göstərmək üçün bütün diplomatik və siyasi mexanizmləri işə salmağı xahiş edirəm", – deyə Qutsul Putinə müraciətində bildirib.

O həmçinin Qaqauziyanın muxtariyyət statusunun rəsmi şəkildə müdafiə olunmasını və qaqauz xalqına mümkün dəstəyin göstərilməsini xahiş edib.

Qutsulun həbsi və ona qarşı ittihamlar

Yevgeniya Qutsul 25 mart axşamı Kişinyov hava limanında saxlanılıb, çünki onun ölkədən çıxış hüququ məhdudlaşdırılıb.
O, Moldovada 2024-cü ilin aprelindən məhkəmədə araşdırılan cinayət işi üzrə ittiham olunur.

Prokurorluğa görə, Qutsul 2019-2022-ci illərdə "Şor" Partiyasının katibi vəzifəsində çalışarkən Rusiyadan Moldovaya sistemli şəkildə pul daşıyıb. Bu vəsaitlər partiyanın siyasi fəaliyyətini maliyyələşdirmək üçün istifadə edilib. Antikorrupsiya Prokurorluğu onu həmçinin partiyanın bəzi ofislərinin işini əlaqələndirməkdə ittiham edir.

Qeyd edək ki, Yevgeniya Qutsul 2023-cü ildə Moldovada məhkəmədən qaçan oliqarx İlan Şorun populyar "Şor" Partiyasından Qaqauziyanın başqanı seçilib. Daha sonra Şor "Qələbə" blokunu yaradıb.

O, dəfələrlə Moskvaya səfər edib və Kremlin başçısı ilə görüşüb.
ABŞ və Avropa İttifaqı Qutsula qarşı sanksiyalar tətbiq edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->