Fransanın reqbi üzrə milli komandasının iki oyunçusu Argentinada məhkəmə qarşısına çıxarılıb. Onlar zorlamada ittiham edilir.
Qaynarinfo bu barədə "Sky Sports" telekanalına istinadən xəbər verir.
Argentina məhkəməsi 21 yaşlı Oskar Jequ və 20 yaşlı Hüqo Oradonun məhkəmə prosesi başa çatana qədər ev dustaqlığında qalmalarına qərar verib.
Məlumata görə, söhbət birbaşa zorakılıq tətbiqi ilə cinsi əlaqədən gedir.
Jequ və Orado beynəlxalq debütlərini iyulun 6-da Fransa millisinin Argentinaya səfəri zamanı Mendozada ediblər. Müstəntiqlərin sözlərinə görə, matçdan sonra onlar otellərin birində qadına təcavüz ediblər. Qadın idmançılarla gecə klubunda tanış olduğunu iddia edir. İdmançıların özləri isə bütün ittihamları rədd edirlər.
"Mən onların ifadə verməsini istəyirəm. Biz orada nə baş verdiyini bilməliyik. Hər iki idmançı ifadə verməyə razılaşın", deyə idmançıların vəkili Rafael Kuneo Libarona bildirib.
Fransızlar günahkar bilinərsə, onları Argentinada 8 ildən 20 ilə qədər həbs gözləyir.
Aydın
Şərhlər