Xəbər lenti

Xarici media: Roma-katolik kilsəsinə rəhbərlik edən amerikalı nəyi dəyişə bilər?
Dünya 19:40 09.05.2025

Xarici media: Roma-katolik kilsəsinə rəhbərlik edən amerikalı nəyi dəyişə bilər?

Roma-katolik kilsəsinin yeni rəhbəri kardinal Robert Frensis Prevo seçilib. O, XIV Lev adını daşıyacaq. Tarixdə ilk dəfə olaraq bu posta amerikalı təyin olunub. Müqəddəs Pyotr meydanında minlərlə insan yeni Papanı qarşılamaq üçün toplaşıb. O, Sixtin kapellasının bacasından ağ tüstü qalxdıqdan təxminən bir saat sonra meydana çıxıb. 

Qaynarinfo xəbər verir ki, onun seçilməsi beynəlxalq mətbuatda, xüsusilə də Donald Tramp ilə potensial münasibətləri kontekstində geniş əks-səda doğurub. Yeni Papanın təyin olunmasından bir neçə dəqiqə sonra ABŞ lideri öz sosial şəbəkəsində bunu "möhtəşəm və ölkə üçün böyük şərəf" adlandırıb. Xarici media ilk dəfə Roma-katolik kilsəsinə rəhbərlik edən amerikalının nəyi dəyişə biləcəyini müzakirə edir.

69 yaşlı Robert Prevo Çikaqoda kilsə köməkçisi (altarçı) kimi fəaliyyətə başlayıb. O, 8 may axşamı Müqəddəs Pyotr bazilikasının eyvanına çıxaraq dünyanı təəccübləndirib. "The Washington Post" yazır ki, bu təyinat ABŞ kimi dünya gücünün nümayəndəsinin katolik kilsəsinə rəhbər seçilməsinə dair qədim tabunu pozub. Trampın səmimi təbriklərinə və bəzi jurnalistlərin Prevonun indi guya respublikaçı mövqedə olacağına dair ehtimallarına baxmayaraq, "The New York Times" onların ideoloji fərqlərinə diqqət çəkir. XIV Lev sosial ədalətə, miqrantların hüquqlarının müdafiəsinə və humanist immiqrasiya siyasətinə sadiqliyi ilə tanınır ki, bu da Trampın bu sahələrdəki siyasəti ilə uzlaşmır.

"The Associated Press" xəbər verir ki, Prevonun X platformasındakı paylaşımlarının əksəriyyəti katolik xəbərləri və kilsə təşəbbüslərinin yenidən yayılmasıdır, orijinal məzmun azdır. Amma digər sosial şəbəkələrdə o, ABŞ administrasiyasının qaçqınlarla bağlı siyasətinə qarşı mövqe bildirərək fəal paylaşımlar edir.

Məsələn, o, "National Catholic Reporter" nəşrində dərc olunmuş "Cey Di Vens yanılır: İsa bizdən sevgimizi dərəcələndirməyi istəməyib" başlıqlı köşə yazısını paylaşmışdı. "The New York Times" qeyd edir ki, hesabın birbaşa Prevoya məxsus olması tam təsdiqlənməyib, lakin hesabla əlaqəli telefon nömrəsi və elektron poçt ehtimal ki, ona məxsus olub.

"Bloomberg" yazır ki, amerikalının papanlığa seçilməsi, həmçinin, ABŞ daxilindəki fikir ayrılıqları və Tramp ilə onun beynəlxalq müttəfiqləri arasında gərginlik fonunda kardinaların narahatlığından xəbər verir. Bu namizəd bukmekerlərin siyahılarında lider olmasa da, indi təmkinli bir şəxs kimi papa Fransiskin başladığı işi davam etdirəcək. Nəşr əlavə edir ki, Vatikan dünya liderlərinə yönəlik tənqidlərdə geri çəkilməyəcək.

Robert Frensis Prevo Müqəddəs Avqustin ordeninin üzvüdür. O, 20 ilə yaxın müddətdə Peruda xidmət edib, orada yepiskop və təbii vətəndaşlıq alıb. Əvvəlki Papanın ölümünə qədər Prevo Vatikanın ən nüfuzlu strukturlarından birinə - dünya üzrə yepiskoplara rəhbərlik edən departamentə başçılıq edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->