Xəbər lenti

İspaniya superkompüter layihəsində mənimsəmə: Aİ prokurorları araşdırır
Dünya 16:38 09.05.2025

İspaniya superkompüter layihəsində mənimsəmə: Aİ prokurorları araşdırır

Avropa Prokurorluğu İspaniyanın ilk kvant kompüteri ilə bağlı layihəyə ayrılmış icma vəsaitlərinin mümkün mənimsənilməsi ilə bağlı araşdırmaya başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "El Periodico" məlumat yayıb.

Nəşr qeyd edir ki, mayın 7-də İqtisadi və Fiskal Cinayətlərə Qarşı Mübarizə Departamentinin əməkdaşları Next Generation fondlarından 8,1 milyon avronun istifadəsi ilə bağlı məlumat toplamaq üçün Barselona Superkompüter Mərkəzinin ofisinə gəliblər.

Məbləğ İspaniyada etibarlı kvant hesablama infrastrukturunu inkişaf etdirən Quantum Spain layihəsinə ayrılıb. Nəşr qeyd edir ki, araşdırma tender zamanı baş verə biləcəyi iddia edilən pozuntularla bağlı şikayətdən sonra başlayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->