Xəbər lenti

Messi karyerası boyunca vurduğu ən sevdiyi qolu açıqladı (VİDEO)
Dünya 10:38 23.05.2025

Messi karyerası boyunca vurduğu ən sevdiyi qolu açıqladı (VİDEO)

Hazırda ABŞ-ın "İnter Mayami” klubunda çıxış edən dünya ulduzu, əfsanəvi futbolçu Lionel Messi karyerası ərzində vurduğu ən sevdiyi qolu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, "İnter Mayami” klubunun rəsmi saytının yazdığına görə, Messi ən çox sevdiyi qol kimi 27 may 2009-cu ildə UEFA Çempionlar Liqasının finalında "Mançester Yunayted”ə qarşı başla vurduğu qolu seçib.

Həmin görüşdə Messi 70-ci dəqiqədə baş zərbəsi ilə topu qapıdan keçirmişdi. Bu, onun üçün qeyri-adi bir texnika sayılsa da, həmin qol UEFA Çempionlar Liqasının finalının taleyini həll etmiş və "Barselona”nın 2:0 hesablı qələbəsi ilə nəticələnmişdi.

"Çoxlu qollar vurmuşam, bəlkə də daha gözəl və daha dəyərli olanlar da var — önəmlərinə görə — amma Çempionlar Liqası finalında ‘Mançester Yunayted’ə qarşı başla vurduğum qol hər zaman mənim ən sevdiyim olub”, – deyə Messi bildirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->