Yaponiya şirkəti "Honda Motor" təkərlərin ayrılması problemi səbəbindən ABŞ-da 2016-2021 modellərindən 406 mindən çox "Honda Civic" avtomobilinin geri çağırıldığını açıqlayıb.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən verir.
Qeyd olunur ki, geri çağırılmanın səbəbi aksesuar kimi satılan 18 düymlük alüminium təkərlərin ayrılmasına səbəb ola biləcək istehsal qüsurudur.
Şirkət dilerlərin yoxlamalar aparacağına və zərurət yarandıqda qovşaqları və təkərləri pulsuz dəyişdirəcəyinə zəmanət verib.
Aydın
Şərhlər