Xəbər lenti

Mahmud Abbas Putinlə görüşməyi planlaşdırır
Dünya 13:00 13.08.2024

Mahmud Abbas Putinlə görüşməyi planlaşdırır

Çərşənbə axşamı, avqustun 13-də Fələstin Adminsitasiyasının rəhbəri Mahmud Abbasın Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti "Telegram"da məlumat yayıb.

"İkitərəfli əməkdaşlığın gələcək inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsi ilə yanaşı, Fələstin-İsrail münaqişəsinin hazırkı gərginləşməsi və Qəzza zolağında misli görünməmiş humanitar fəlakət fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsinin aparılması gözlənilir”, - bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Reuters”in məlumatına görə, Abbas hazırda çərşənbə gününə qədər Moskvada səfərdədir, daha sonra prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar üçün Türkiyəyə səfər edəcək. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->