Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin satılmasının qarşısı alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbirlər nəticəsində 38 yaşlı Fərid Kişiyev saxlanılıb. Ondan paytaxt ərazisindəki müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdiyi 12 kiloqramdan artıq marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şərhlər