"Moskva Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq istəyirsə, onun Moskvada olması mövqeyində qalır".
Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, 1 fevrala qədər davam edən "enerji atəşkəsi" barədə əvvəllər dediklərinə əlavə edəcək bir şeyinin olmadığını qeyd edib.
Peskov həmçinin Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin Mayamiyə səfəri barədə ətraflı məlumat verməyib və qeyd edib ki, danışıqların hər iki tərəfdən, həm Dmitriyev, həm də Stiv Uitkoff tərəfindən konseptual qiymətləndirilməsi aparılıb.
"Ukrayna nizamlanması çox mürəkkəb çoxvektorlu bir prosesdir. Bəzi məsələlərdə yaxınlaşdıq, çünki müzakirələr, söhbətlər aparılıb. Bəzi məsələlərdə ortaq məxrəc tapmaq daha asandır. Ortaq məxrəc tapmaq daha çətin olan məsələlər var. Orada hələlik yaxınlaşma demək mümkün deyil. Bu, çox mürəkkəb bir prosesdir", deyə o bildirib.
Onun sözlərinə görə, Dmitriyev iqtisadi əməkdaşlıq üzrə işçi qrupuna rəhbərlik edir və bu məsələlər əsasən onun səlahiyyət dairəsindədir. Eyni zamanda, Peskov Fransanın Rusiya Federasiyası ilə rabitə kanalının yaradılması zərurəti ilə bağlı fikrini əsaslı adlandırıb. Lakin hazırda Putin və Fransa prezidenti Emmanuel Makron arasında əlaqələrin təşkili ilə bağlı heç bir konkretlik yoxdur.
Aydın
Şərhlər