Xəbər lenti

Konfrans Liqası:
İdman 21:58 27.07.2023

Konfrans Liqası: "Qəbələ" məğlubiyyətlə başladı

"Qəbələ" UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

Qaynarinfo xəbər verir ki, II təsnifat mərhələsinin ilk oyununda "qırmızı-qaralar" evdə Cənubi Kipr "Omoniya"sını qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən matça meydan sahibləri yaxşı başlayıb və erkən qola sevinsə də, qonaqlar qələbə qazanıb. "Qəbələ"dən Əyyub Əllaşın dubluna "Omoniya"da Roman Bezus het-triklə cavab verib - 2:3.

Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun

27 iyul
Qəbələ (Azərbaycan) - Omoniya (Cənubi Kipr) 2:3
Qollar: Əyyub Əllaş, 4; 62 - Roman Bezus, 45+1; 50; 80-pen.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 28. Murad Musayev, 4. Lukas Afriko, 34. Urfan Abbasov, 7. Emil Səfərov, 99. Ahmed Ayzaya, 9. Əyyub Əllaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 72. Osama Xalayla.
Baş məşqçi: Elmar Baxşıyev.
Omoniya: 40. Fabiano, 3. Adam Mettyuz, 5. Senu Kulibali, 22. Adam Lanq, 6. Markinyos Sipriano, 31. Yoannis Kusulos, 8. Moretu Kassama, 10. Loizos Loizu, 90. Roman Bezus, 7. Villi Semedu, 18. Kərim Ansarifard.
Baş məşqçi: Sofronis Avqusti.
Baş hakim: Andrey Çivulete (Rumıniya).
Qəbələ şəhər stadionu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->