Xəbər lenti

Keçmiş baş nazirə qarşı ittihamlar: Saxlanıldı, zaminə buraxıldı
Dünya 14:10 10.03.2023

Keçmiş baş nazirə qarşı ittihamlar: Saxlanıldı, zaminə buraxıldı

Malayziyanın Korrupsiyaya qarşı mübarizə komissiyası cümə günü keçmiş baş nazir Muhyiddin Yassini korrupsiyada ittiham edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazır.

Yassinə qarşı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə dörd, çirkli pulların yuyulmasına görə iki maddə üzrə ittiham irəli sürülüb. 

Komissiyanın məlumatına görə, sabiq baş nazir pandemiya zamanı tikinti sənayesini dəstəkləmək üçün vəsaitin bölüşdürülməsi zamanı 51,4 milyon dollar rüşvət alıb. Bundan əlavə, onun 43 milyon dolların yuyulmasında əli olduğu iddia edilir. Cümə axşamı komissiya keçmiş məmuru dindirib, o, həbs edilib, lakin sonra zaminə buraxılıb. İş üzrə dinləmələr may ayında başlayacaq.

Yassin 2020-ci ilin martından 2021-ci ilin avqustuna qədər baş nazir vəzifəsində çalışıb və Malayziya parlamentindəki müxalifət partiyalarının tələbi ilə istefa verib. Son illər Malayziyada siyasi qeyri-sabitlik hökm sürür. 2018-ci ildən bəri ölkədə dörd baş nazir dəyişib. Ötən ilin noyabrında keçirilən son parlament seçkilərində Muhyiddinin Malayziya torpaqlarının birləşmiş oğulları partiyası Ümid Alyansı blokuna məğlub olub. Yassin hesab edir ki, ona qarşı irəli sürülən ittihamlar siyasi motivlidir.

Yassin son illərdə korrupsiyada ittiham olunan Malayziyanın ikinci baş naziri olub. 2018-ci ildə keçmiş baş nazir Nacib Razaka qarşı onun təsis etdiyi 1MDB dövlət fondu ilə bağlı korrupsiya qalmaqalının istintaqı çərçivəsində ittihamlar irəli sürülüb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->