Xəbər lenti

Karib dənizində nadir parlaq-narıncı köpək balığı müşahidə edildi (FOTO)
Dünya 14:46 21.08.2025

Karib dənizində nadir parlaq-narıncı köpək balığı müşahidə edildi (FOTO)

Kosta-Rikanın sahillərində qeyri-adi rəngdə köpək balığı tutulub. Adətən qəhvəyi rəngli olan nənə köpək balığının bu nümunəsi parlaq narıncı dərisi ilə alimlərin diqqətini çəkib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb.

Təxminən 1,8 metr uzunluğunda olan nadir balıq idman balıqçılığı zamanı Tortuqero milli parkı yaxınlığında, 37 metr dərinlikdə ovlanıb. Mütəxəssislər köpək balığının bu rəngi ksantizm adlı piqmentasiya pozuntusu ilə izah edirlər. Bu hal dəridə artıq sarı və ya qızılı piqmentlərin toplanmasına səbəb olur. Araşdırmalara görə, bu cür anomaliya Karib hövzəsində yaşayan qığırdaqlı balıqlarda ilk dəfə qeydə alınıb.
 


Bundan başqa, müşahidə olunan nümunədə albinizm əlamətləri – o cümlədən parlaq ağ gözlər də aşkar edilib.

Alimlər bildiriblər ki, bu cür parlaq rəng balığın suda daha gözə çarpmasına və yırtıcıların hədəfinə çevrilməsinə səbəb ola bilər. Onlar əlavə ediblər ki, genetik və ya ekoloji amillərin bu nadir piqmentasiya pozuntusuna təsirini öyrənmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Xatırladaq ki, nənə köpək balıqları adətən qəhvəyi rəngdə olur. Bu nadir nümunənin isə həm narıncı dərisi, həm də ağ gözləri sayəsində öz növündən kəskin şəkildə fərqləndiyi vurğulanır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->