Xəbər lenti

Kanada seçkilərində baş nazirin partiyası qalib gəldi, amma...
Ölkə 11:05 29.04.2025

Kanada seçkilərində baş nazirin partiyası qalib gəldi, amma...

Kanadanın baş naziri Mark Karninin rəhbərlik etdiyi Liberal Partiya bazar ertəsi keçirilmiş ümumi seçkilərin nəticələrinə əsasən hakimiyyətdə qalmağı bacarıb. Lakin proqnozlara görə, partiya ABŞ Prezidenti Donald Trampla gömrük rüsumları üzrə danışıqlar aparmaq üçün lazım olan parlamentdəki mütləq çoxluğu əldə edə bilməyib.

Qaynarinfo xəbər verir ki, müxalif Mühafizəkarlar Partiyasının lideri Pyer Pualyövr məğlubiyyəti qəbul edib və bildirib ki, müxalifət azlıq hökumətinin fəaliyyətinə nəzarət edəcək.

Karni partiyasının parlamentdə çoxluğu əldə etməsi üçün İcmalar Palatasında 172 yer qazanmalıdır. Liberallar artıq doqquz ildən çoxdur ki, Nazirlər Kabinetinə rəhbərlik edirlər.

Daha bu ilin yanvarında Liberal Partiya seçki reytinqlərində 20 faiz bəndi geridə qalırdı. Lakin Kanada üçün əsas qonşu və tərəfdaş sayılan ABŞ-ın yüksək gömrük rüsumları tətbiq etməsi və qeyri-populyar baş nazir Castin Tryudonun istefası vəziyyəti kəskin şəkildə dəyişib.

Seçki kampaniyası zamanı Karni Vaşinqtonla sərt danışıqlar aparacağına söz verib. Tramp isə seçki günü bir daha Kanadanın ABŞ-ın 51-ci ştatı kimi birləşdirilməsi çağırışı ilə çıxış edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->