"Yaxın Şərqdəki vəziyyət Rusiyanın xeyrinədir və dünyanın diqqətini onun Ukraynaya qarşı təcavüzündən yayındırır".
Qaynarinfo PAP-a istonadən xəbər verir ki, bunu Polşa prezidenti Andjey Duda
deyib.
Onun fikrincə, HƏMAS-ın İsrailə hücumu ilə bağlı Yaxın Şərqdə baş verən hadisələr "dünyanın gözlərini Ukraynadan çəkəcək".
"Əlbəttə, bəli... Bu, şübhəsiz ki, Rusiyaya və Rusiyanın Ukraynaya təcavüzünə töhfə verir, dünyanın diqqətini yayındırır”, deyə Polşa lideri bildirib.
Prezident qeyd edib ki, bu münaqişəyə görə çoxlu spekulyasiyalar ola bilər, lakin Varşava İsraildəki vəziyyətə öz maraqları baxımından baxmalıdır:
"İlk növbədə, biz bu vəziyyəti öz maraqlarımız və təhlükəsizliyimiz baxımından müşahidə etməliyik. Çünki bu, hər şeydən önəmlidir. Xoşbəxtlikdən bu müharibə bizim sərhədlərimizdən çox uzaqlarda gedir, ona görə də ilk növbədə, biz orada olan polyakları qorumalıyıq, istəyən hər kəsi tez bir zamanda ölkəyə qaytarmalıyıq".
O qeyd edib ki, Polşa özünü Yaxın Şərqdə böyük maraqların oyunlarına cəlb etməyə imkan verməməlidir. Dövlət başçısı həmin regionda baş verən hadisələrlə əlaqədar Avropaya miqrasiya təzyiqinin artacağını da proqnozlaşdırır:
"Təəssüf ki, bu, Avropaya növbəti miqrasiya təzyiqi ilə nəticələnəcək. Ehtimal olunur ki, bizdə Yaxın Şərqdən Avropanı vuracaq yeni miqrant dalğası olacaq. Bizim təhlükəsizliyimiz, Polşa Respublikasının sərhədlərinin qorunması məsələsi, Aİ və Şengen zonasının sərhədləri daha da vacib olur”.
Aydın
Şərhlər