Xəbər lenti

Sənət 15:35 06.05.2025

"İrəvanda nəyim qaldı..." tamaşasının premyerası keçiriləcək

Sumqayıt Dövlət Dram Teatrında 08.05.2025-ci il, saat 17.00-da yeni tamaşanın premyerası keçiriləcək.

Yazıçı-dramaturq Hidayətin "Burdan min atlı keçdi" əsərinin motivləri əsasında hazırlanmış "İrəvanda nəyim qaldı..."  tamaşası yaxın tariximizin gerçək tarixi faktlarını, Azərbaycanın qədim yurd yeri İrəvanda zaman-zaman  soydaşlarımıza qarşı aparılan gizli təxribatları, erməni ideoloqlarının ərazi iddialarını və Ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın siyasi müstəvidə müdafiəsinə qalxmasını özündə ehtiva edir.

Ulu öndər sovet dönəmində hakimiyyətə gələrkən təkcə Azərbaycan tarixinə, mədəniyyətinə, toponiminə  mənəvi terror həyata keçirən məkrli ermənilərə qarşı deyil, həm də onları müdafiə edən  Mərkəzi hakimiyyətlə  mübarizə aparırdı. Əlbəttə, daşıdığı vəzifə, sovetlərin qanunları çərçivəsində bu, böyük risk idi. Amma dahi şəxsiyyətin zəkası, dəmir məntiqi, siyasi iradəsi və idarəçilik təcrübəsi onun qalibiyyətinə rəvac verirdi. Tamaşa boyunca bu faktlar dialoqlar, bəzən də monitor vasitəsilə kinoxronika olaraq çatdırılır.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xalq artisti Firudun Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, məsləhətçilər isə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızıdır. 

Qeyd edək ki, "İrəvanda nəyim qaldı..." tamaşası ulu öndərin anadan olmasının 102-ci ildönümünə layiqli töhfədir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->