Xəbər lenti

Aqil Ələsgər Ankarada
Ölkə 21:00 06.05.2025

Aqil Ələsgər Ankarada "Anadolu" Media Mükafatlarının təqdimetmə mərasimində iştirak etdi (FOTO)

Ankarada Türkiyə Mətbuat Federasiyasının "Anadolu” Media Mükafatlarının 10-cu təqdimetmə mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər dövlət rəsmiləri qatılıblar.

Mərasimin rəsmi dəvətliləri sırasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də yer alıb. Aqil Ələsgər mərasimdə qardaş ölkənin rəsmiləri və media təmsilçiləri ilə görüşüb, fikir mübadiləsi aparıb.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->