Xəbər lenti

İngiltərə ondan danışır... - Tailanda istirahətə etdi, Gürcüstandakı həbsxanada tapıldı
Dünya 09:00 15.05.2025

İngiltərə ondan danışır... - Tailanda istirahətə etdi, Gürcüstandakı həbsxanada tapıldı

İngiltərənin Durham bölgəsində yaşayan 18 yaşlı Bella Mey Kalli adlı gənc qız Gürcüstandakı bir qadın həbsxanasında tapılıb. Onun son olaraq Tailandda göründüyü və narkotik qaçaqmalçılığı ittihamı ilə ömürlük həbslə üzləşdiyi bildirilir.

Qaynarinfo xəbər verir ki, Kallinin ailəsi onun Pasxa bayramından dərhal sonra əvvəlcə Filippinə, daha sonra isə təxminən 3 may tarixlərində Tailandın paytaxtı Banqkok yaxınlığındakı Pattaya bölgəsinə getdiyini açıqlayıb. Gənc qız son olaraq 5 may bazar ertəsi günü "Facebook” hesabında bir foto paylaşıb. Həmin dövrdə onun telefonu sönülü vəziyyətdə olub və ailəsi qızlarını tapmaq üçün ciddi axtarış aparıb.

İngiltərə mediasında geniş müzakirə olunan hadisəyə görə, ailə Tailand polisinin dəstəyi ilə qızlarını axtarmaq üçün bu ölkəyə yollanıb. Lakin aparılan araşdırmalar nəticəsində məlum olub ki, Bella Mey Kalli hazırda Gürcüstanda həbsdədir.



"Sadəcə səsini eşitmək istəyirəm"

Kallinin anası "The Sun" qəzetinə açıqlamasında, qızının Tailand səfəri ilə bağlı narahatlıq keçirdiyini bildirib.

"Onun Tailand səfərinə razı deyildim. Evə qayıtması üçün yalvardım. Amma əvvəlki bir səfərində orada tanış olduğu bəzi dostları ilə görüşmək istəyirdi. Onların heç birini tanımıram", deyə ana bildirib. 

Atası isə "Sadəcə evdə, təhlükəsiz olmasını və səsini eşitməyi istəyirəm", deyə qeyd edib.

Ömürlük həbs riski

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Tiflis Beynəlxalq Hava Limanının nəzarət-buraxılış məntəqəsində Kallinin üzərində aparılan yoxlama zamanı onun 14 kiloqram narkotik maddə daşıdığı iddia olunub. Yerli mediada yayılan xəbərlərə görə, gənc qızın çantasında vakumlanmış 34 marixuana və 20 həşiş paketi aşkarlanıb.



O, böyük miqdarda narkotik maddə alma, saxlama və Gürcüstana qanunsuz idxal etmə ittihamları ilə üzləşib. Nazirlik bildirib ki, bu cür cinayətlərə görə 20 ildən ömürlük həbs cəzasına qədər cəza nəzərdə tutulur. Kallinin zaminə buraxılma tələbi isə qaçma riski səbəbilə rədd edilib və o, hazırda Tiflisdən 45 dəqiqəlik məsafədə yerləşən Gürcüstanın yeganə qadın həbsxanasında həbsdə saxlanılır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->