Xəbər lenti

İlham Əliyev: Azərbaycan müstəmləkə üsul-idarəsindən əzab-əziyyət çəkən xalqlara dəstəyini davam etdirir
Siyasət 13:15 17.09.2024

İlham Əliyev: Azərbaycan müstəmləkə üsul-idarəsindən əzab-əziyyət çəkən xalqlara dəstəyini davam etdirir

Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə və hazırda da keçmiş imperiyaların müstəmləkə üsul-idarəsindən əzab-əziyyət çəkən xalqların azadlığı və suverenliyi işinə dəstək verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 17-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğılın etimadnaməsini qəbul edərkən deyib.

Əlzəcairə səfəri zamanı Milli Mücahidlər Muzeyini ziyarət etdiyini xatırladan dövlət başçısı qeyd edib ki, Əlcəzair xalqına qarşı törədilmiş cinayətlər və vəhşiliklərlə bağlı orada gördükləri onda xüsusi heyrət doğurub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->