Xəbər lenti

İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi
Siyasət 13:50 08.11.2025

İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın-köçkün vəziyyətinə salınmışdı.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı səsləndirib.

Xalqımıza qarşı hərbi cinayətlərin, Xocalı soyqırımının törədildiyini, etnik təmizləmə siyasəti aparıldığını xatırladan dövlətimizin başçısı bildirib: "Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->