Xəbər lenti

I Dünya müharibəsi zamanı batan layner tapıldı - Ekipaj üzvü
Dünya 09:00 18.08.2024

I Dünya müharibəsi zamanı batan layner tapıldı - Ekipaj üzvü "Titanik"dən sağ çıxıb (VİDEO)

Yunanıstandan olan tədqiqatçılar I Dünya müharibəsi zamanı alman sualtı qayıqlarının hücumu nəticəsində Egey dənizində batan Britaniyanın "S.S. Arcadian" okean laynerini tapıblar.

Qaynarinfo xəbər verir ki, tədqiqat qrupunun rəhbəri Kostas Toktaridis tapıntı barədə öz "Facebook" səhifəsində məlumat verib

279 nəfərin öldüyü layner Sifnos adasının cənub-şərqində, 163 metr dərinlikdə aşkar edilib.

Kostas Toktaridis bildirib ki, 1917-ci ildə 1155 hərbçi olan gəmi Salonikidən İsgəndəriyyəyə gedirmiş. Onlar düşmən sualtı qayığının İkariyada olduğunu aşkar ediblər, ona görə də kursu dəyişiblər və Kiklad adalarından keçməyə qərar verilblər.

"1917-ci il aprelin 15-də, saat 17.40-da konvoy Sifnos, Antiparos, Sikinos və Foleqandros arasında olub. Dənizin vəziyyəti yaxşı idi və heç nə gələcəkdən xəbər vermirdi. "S.S. Arcadian" 13,5 düyün sürətlə irəliləyirdi. Saat 17.44-də alman sualtı gəmisi UC-74 onu görüb və torpedo gəmini körpü ilə pəncə arasında vurub", deyə tədqiqatçı bildirib.

Kapitan Çarlz L. Uilats ekipaj üzvlərinə layneri dərhal xilasetmə qayıqları ilə tərk etməyi əmr edib və özü də evakuasiya prosesini və gəminin vəziyyətini müşahidə edərək körpüdə qalıb. 

"Sözün əsl mənasında, partlayışdan beş dəqiqə sonra "S.S. Arcadian"ın burnu Egey dənizinə doğru itən zaman yüksək səs eşidilib, gəmi kəskin yuvarlanaraq arxa hissəsini qoparıb", deyə müəllif qeyd edib.

Qabaqda olan HMS SENTINEL 123 dənizçini götürüb. Artıq saat 20.30-da Fransa hərbi gəmiləri qəza yerinə gəlib və insanları xilas etməyə başlayıblar. Onlardan bəziləri gəminin qalıqlarından yapışaraq sağ qalıbla. 1058 nəfəri xilas etmək mümkün olub, qalan 279 nəfər isə Egey dənizində həlak olub. Onlardan 34 nəfəri ekipaj üzvü, ikisi mülki şəxs, 10 nəfəri hərbçi, qalanları isə quru qoşunlarının üzvləri olub.

Qəza zamanı gəmidə olan Tomas Trelfall qəzadan düz beş il əvvəl "Titanik"dən sağ çıxdığını bildirib: "Titanik"in batdığı gün və eyni ay idi, lakin hər iki halda mən xəsarət almadan sağ qaldım".

Tədqiqatçılar gəminin keyfiyyətli materiallarla inşa edildiyi üçün yaxşı qorunduğunu müəyyən ediblər. Gəminin pəncə hissəsi deformasiyaya uğrayıb, orada müşahidə postunu görmək mümkündür. Alman sualtı qayığının torpedo hücumu nəticəsində yaranan çatlar sancaq tərəfdə görünür. Bundan əlavə, tədqiqatçılar qeyri-adi çox sayda balıqçılıq alətini tapblar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->