Xəbər lenti

Heqset Zelenski ilə görüşə
Dünya 12:50 19.10.2025

Heqset Zelenski ilə görüşə "üçrəngli" qalstukla gəldi: Vens onu müdafiə etdi

ABŞ müdafiə naziri Pit Heqset Ukrayna prezidenti Volodimir Zelenskilə görüşdə qalstuk seçimilə sosial mediada qalmaqal yaradıb. 

Qaynarinfo xəbər verir ki, nazir rəngləri Rusiya bayrağındakı "ağ, mavi və qırmızı” ardıcıllığı ilə düzülmüş qalstuk taxıb və bu, kəskin tənqidlərə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri Heqseti Rusiya bayrağının rənglərini daşıyan qalstuk taxmaqda ittiham ediblər. Lakin ABŞ-ın vitse-prezidenti Cey Di Vens gözlənilmədən onu müdafiə edib.

ABŞ Hərbi Hava Qüvvələrinin veteranı və Ukraynanı dəstəkləyən bloqqer Ceyk Bro yazıb: "Nazir rus trikoloru olan qalstuk taxıb. Bu insanlar Putini və Rusiyanı sevir".

Bunun ardından vitse-prezident Vens paylaşımı şərh edərək bildirib:

"Bəlkə də o, sadəcə Amerika rənglərində geyinmişdi".
 


ABŞ-ın da bayrağı qırmızı, ağ və mavi rənglərdən ibarət olduğu üçün bu oxşarlıq internetdə çaşqınlıq və fikir ayrılığı yaradıb.

Fevral ayında Zelenskinin Donald Tramp ilə görüş zamanı geyimi də mübahisələr doğurmuşdu. KİV yazmışdı ki, Trampın müşavirləri Ukrayna prezidentindən görüşə klassik kostyumla gəlməyi xahiş etsələr də, Zelenski Ağ Evə qara rəngli, lakin üzərində milli simvol olan rəsmi geyimdə gəlmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->