Ağdam rayonu Mobil bazasının direktoru işdən çıxarılıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağdam rayonu Sarıcalı kəndində yerləşən ANAMA Mobil bazanın direktoru Əhmədov Ələsgər Həmzə oğlu vəzifəsindən azad olunub.
Bununla bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov müvafiq əmr imzalayıb.
Onun kollektivdə nalayiq hərəkətlərə yol verdiyi üçün işdən çıxarıldığı bildirilir.
Şərhlər