Xəbər lenti

FT: Sürətlə əriyən buzlar Arktikada geosiyasi yarışa təkan verir
Dünya 19:15 08.04.2025

FT: Sürətlə əriyən buzlar Arktikada geosiyasi yarışa təkan verir

Avropanın "Kopernik" iqlim dəyişikliklərinə nəzarət proqramının müşahidə xidmətinə əsasən, ötən mart ayı 47 illik müşahidələr ərzində Arktikada buz örtüyünün sahəsinin ən çox azaldığı ay olub. Xidmətin məlumatına görə, 2025-ci ilin martında Arktikadakı buz örtüyünün sahəsi 14,5 milyon kvadrat kilometr təşkil edib ki, bu da 1991–2020-ci illər üzrə mart ayının orta göstəricisindən 6% azdır.

Qaynarinfo "Financial Times"a istinadən xəbər verir ki, bu tendensiya müxtəlif ölkələr arasında "geosiyasi yarış” üçün yeni imkanlar yaradır. 

Proqnozlara əsasən, təxminən on il ərzində Arktikanın əhəmiyyətli bir hissəsi buzdan tam azad ola bilər. Qəzetə danışan "Vudro Vilson" Mərkəzinin Qütb Araşdırmaları İnstitutunun keçmiş direktoru Rebekka Pinkus bildirib ki, bölgədə hərbi və ticarət gəmilərinin fəallığı, xüsusilə Rusiyaya məxsus olanların sayı əhəmiyyətli dərəcədə artıb.

"Gəmilərin bu ərazidən keçə bildiyi naviqasiya mövsümü uzanır”, deyə Pinkus vurğulayıb. O, xüsusilə Oxot və Barens dənizlərinin buzdan azad olan sahələrinin genişləndiyini qeyd edib.

"Kopernik" proqramının rəhbər müavini Samanta Berdcssin sözlərinə görə, mart ayında Kanada Arktikası, eləcə də Qrenlandiyanın qərb və şərq sahilləri normadan xeyli yüksək temperaturla üzləşib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->