Xəbər lenti

Dünya 13:27 22.11.2023

"Forbes"in 800 milyon dollara satılması ilə bağlı razılaşma Rusiyaya görə pozuldu

Forbes Media Qrupunun ABŞ-ın texnoloji icraçı direktoru Ostin Russellin başçılıq etdiyi bir qrup investora 800 milyon dollarlıq satışı satınalmada potensial Rusiya və ya digər xarici təsirlərə dair suallar qaldırıldıqdan sonra pozulub.

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "The Washington Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, real alıcı 2018-ci ildə onu əldə edən rusiyalı "Forbes"in sahibi Maqomed Musayev olub. 

Amerikanın "Integrated Whale Media" qrupunun sahibi "Forbes"in satılması ilə bağlı müqaviləni ləğv etdiyini açıqlayıb. Qəzetin mənbələri bildiriblər ki, elan satışla bağlı aylarla davam edən mübahisələrdən və ABŞ-da Xarici İnvestisiya Komitəsinin mümkün xarici iştirakla bağlı araşdırmasından sonra verilib.

Ostin Russell açıqlamasında müqavilənin ləğvinin tərəflərin maraqlarına uyğun olduğunu bildirib.

WP-yə görə, bu sövdələşməyə Russelin 2016-cı ildə lidar texnologiya şirkətinə 20 milyon dollar sərmayə qoyan maqnat Maqomed Musayevlə əlaqələri ilə bağlı suallar mane ola bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->