Xəbər lenti

Dünya 12:30 03.01.2024

"Forbes" 2023-cü ildə ölmüş milyarderlərin sayını və adını açıqladı

2023-cü ildə "Forbes" siyahısına daxil olan 2640 nəfərdən 21 milyarder ölüb. 

Qaynarinfo xəbər verir ki, adlar jurnalın saytında təqdim olunub.

Belə ki, ölənlərdən 9-u Amerika vətəndaşı olub. Hindistan və Malayziyada da bir neçə milyarder dünyasını dəyişib. Ölənlərin orta yaşı 85 idi - demək olar ki, yarısı ən azı 90 yaşında olub. Ən yaşlılar 99 yaşlı hindistanlı iş adamı Keşub Mahindra və 99 yaşlı Berkshire Hathaway şirkətinin sədr müavini Çarlz Mungerdir.

Siyahıda cəmi bir qadın da - Çin dərman şirkəti "WuXi AppTec"in həmtəsisçisi Zao Ninq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->