Xəbər lenti

Ermənistan Rusiya və Qırğızıstanda keçilirəcək KTMT təlimlərində iştirak etməyəcək
Dünya 11:15 06.08.2024

Ermənistan Rusiya və Qırğızıstanda keçilirəcək KTMT təlimlərində iştirak etməyəcək

Ermənistan 14-16 avqust tarixlərində Rusiyanın Novosibirsk şəhərində və 3-15 sentyabr tarixlərində Qırğızıstan Respublikasının ərazisində keçiriləcək təlimlərdə də iştirak etməyəcək. 

Bu barədə Qaynarinfo KTMT-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunur ki, təlimlərdə aşağıdakı bölmələr iştirak edəcək:

KTMT-yə üzv dövlətlərin silahlı qüvvələri;

Belarus Respublikası, Qırğızıstan Respublikası və Tacikistan Respublikasının Daxili İşlər Nazirlikləri;

Qazaxıstan Respublikasının Milli Qvardiyası və Rosqvardiya;

Qazaxıstan Respublikasının, Qırğızıstan Respublikasının və Tacikistan Respublikasının xüsusi xidmət orqanlarının nümayəndələri;

Belarus Respublikası, Qırğızıstan Respublikası, Rusiya Federasiyası və Tacikistan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

KTMT Katibliyinin və Birgə Qərargahının əməliyyat qrupları.

Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını bildirib.

Novosibirsk şəhərində keçiriləcək təlimlərə qanunsuz silahlı birləşmələrin axtarışı, müəyyən edilməsi və məhv edilməsi, aviasiya və pilotsuz uçuş aparatlarından istifadə etməklə binalara və nəqliyyat vasitələrinə basqın edilməsi, girovların azad edilməsi və yaraqlıların zərərsizləşdirilməsi daxildir.

Qırğızıstan Respublikası ərazisində 3-15 sentyabr tarixlərinə planlaşdırılan təlimlər zamanı yeni taktiki texnikaların və döyüş təcrübəsinin tətbiqi ilə tapşırıqlar işlənəcək, o cümlədən: 

KTMT-nin Kollektiv Çevik Reaksiya Qüvvələri birləşmələrinin və hissələrinin yerləşdirilməsi və istifadəsi zamanı Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin hava müdafiə qüvvələri də daxil olmaqla hava hücumundan müdafiə qüvvələrinin bütün potensialından, habelə MDB-nin Birləşmiş hava hücumundan müdafiə sistemindən istifadə etməklə hava hücumundan müdafiə sisteminin (düşmənin PUA-lardan istifadə etdiyi şəraitdə) təşkili;

kəşfiyyat və zərbə PUA-ları və bir sıra digərləri ilə əməkdaşlıqda elektron döyüş qüvvə və vasitələrinin istifadəsi.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->