Eritreyada girov saxlanılan Azərbaycan vətəndaşları ölkəyə gətirilib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, ötən il noyabrın 7-dən Eritreya tərəfindən saxlanılan "Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialının istismarında olan "CMS Pəhləvan”, "CMS İgid” və "CMS-3” gəmilərinin heyətindəki 18 Azərbaycan vətəndaşı dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, habelə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq ölkəyə geri gətirilib.
Vurğulanıb ki, gəmi heyəti Eritreyada olan müddət ərzində Azərbaycanın Efiopiyadakı səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib.
"Bu prosesdə yaxından dəstək göstərən Türkiyənin Eritreyadakı səfirliyinə dərin minnətdarlığımızı bildiririk", - məlumatda qeyd olunub.
Şərhlər