Xəbər lenti

Ərinin əlillik dərəcəsini dəyişmək istədi, dələduzluğun qurbanı oldu
Ölkə 18:18 28.03.2025

Ərinin əlillik dərəcəsini dəyişmək istədi, dələduzluğun qurbanı oldu

Abşeronda həyat yoldaşının əlillik dərəcəsini dəyişmək istəyən müəllim dələduzluğun qurbanı olub. 

Qaynarinfo xəbər verir ki, Əliağa Vahid adına 11 saylı məktəbdə dil-ədəbiyyat müəllimi işləyən K.C.-nın həyat yoldaşı E.C. 2-ci qrup əlil olub. O, həyat yoldaşının əlillik dərəcəsini 1-ci qrupa dəyişmək istəyib. Rəfiqəsi ona Y.R. adlı qadına müraciət etməyi məsləhət görüb. 

Tərəflər 7000 manat qarşılığında razılaşıblar. Lakin Y.R. verdiyi vədə əməl etməyib. Aldanıldığını anlayan K.C. Abşeron Rayon Polis İdarəsinə müraciət edib.

Y.R. saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

İşin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə aparılıb. 

Məhkəmə prosesində Y.R. verilmiş ittiham üzrə özünü təqsirli bilib. 

Hakimin çıxardığı hökmə əsasən, o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->