Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyində təmsil olunan şəxslərin müflis etdiyi iş adamı İbrahim Zeynalov vəfat edib.
Bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat veriblər.
İ.Zeynalov Neftçala rayonunun Bankə qəsəbəsində yaşadığı vaqonda, 76 yaşında dünyasını dəyişib.
Keçmiş iş adamının xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, o, Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan "Buzovna əkinçilik, heyvandarlıq və südçülük Sovxozu”nda uzun illər direktor işləyib. 2007-ci ildə Bakıda sintetik xalça fabriki açıb. Elə həmin ərəfədə MTN tərəfindən saxlanılıb, 8 milyon manat pulu hədə-qorxu yolu ilə ələ keçirilib.
Bundan sonra müflis olan İ.Zeynalov son illər Neftçala rayonundakı vaqonda yaşayırdı.
Şərhlər