Xəbər lenti

Şəhid anası vəfat etdi (FOTO)
Ölkə 09:24 26.04.2025

Şəhid anası vəfat etdi (FOTO)

Vətən müharibəsi şəhidi Rüfət Şabanovun anası vəfat edib.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin anası Kifayət xanım dünyasını dəyişib.

Mərhum yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində dəfn edilib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Rüfət Rauf oğlu Şabanov 2020-ci il sentyabrın 27-də Kəlbəcər – Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb.

Ölümündən sonra "Hərbi xidmətə görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Vətən uğrunda” medalları ilə təltif edilib.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->