Xəbər lenti

Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Yaralılar var
Ölkə 10:11 26.04.2025

Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Yaralılar var

Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində "Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qaynarinfo xəbər verir ki, nəticədə mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib. Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb. Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol- nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->